Pentaqonda gözlənilməz qərar: Yüksək rütbəli general vəzifəsindən uzaqlaşdırıldı
ABŞ müdafiə naziri Pit Heqset Pentaqonun əsas müdafiə planlaşdırıcılarından biri, general-leytenant Brett Silviyanı vəzifəsindən azad edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Atlantic” nəşri müdafiə rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, generalın vəzifədən uzaqlaşdırılmasının səbəbi rəsmi şəkildə açıqlanmayıb. Pentaqon rəsmiləri Heqsetin Silviyaya olan etimadını itirdiyini və qərarın həftənin əvvəlində verildiyini bildiriblər.
ABŞ ordusundakı mənbələr isə generalın Müdafiə Nazirinin siyasət məsələləri üzrə müavini Elbrik Kolbi ilə fikir ayrılığı yaşadığını iddia edirlər. Bununla belə, münaqişənin işdən çıxarılmaya səbəb olduğu rəsmən təsdiqlənməyib.
Brett Silviya Birgə Qərargahın strategiya, planlaşdırma və siyasət məsələlərinə cavabdeh olan J5 direktorluğuna rəhbərlik edirdi.
“The Atlantic” yazır ki, onun yerinə kimin təyin olunacağı hələ məlum deyil. Generalın rəsmi bioqrafiyasının Birgə Qərargahın internet səhifəsindən silindiyi də qeyd olunur.
Türkan İsgəndərli