Ata-oğul dueti yollara çıxır? Antonellidən möhtəşəm plan!

Ata-oğul dueti yollara çıxır? Antonellidən möhtəşəm plan!
29.10.2026 15:20 İdman

"Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli yeni mövsüm atası Marko Antonelli ilə eyni komandada yarışmaq arzusunda olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Auto Motor und Sport” nəşri məlumat yayıb.

Antonelli bildirib ki, atası ilə avtoidmana olan maraqları onları birləşdirir və gələcək üçün birgə layihələri də var:

“Biz demək olar ki, hər şeyi bölüşürük, xüsusilə də söhbət avtoidmandan gedəndə. Gələcək üçün birgə layihələrimiz də var. Atamın arzularından biri nə vaxtsa mənimlə birlikdə yarışda iştirak etməkdir.

Üç il əvvəl onun komandasında çıxış etmişəm, lakin heç vaxt yarışda komanda yoldaşı olmamışıq. Bunu “GT3” sinifinə aid avtomobillə etmək istəyirik.

Əgər vaxt tapsaq, mütləq bu arzunu reallaşdıracağıq. Atamın arzusunu həyata keçirmək çox gözəl olardı”.

Qeyd edək ki, italiyalı pilot 2027-ci ilin əvvəlində və ya ortalarında atası ilə birlikdə “GT3” sinifinə aid avtomobillə yarışda iştirak etməyi planlaşdırır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər