41 xal, 24 üçxallıq xal: Ceyms Freyzer tarix yazdı!

41 xal, 24 üçxallıq xal: Ceyms Freyzer tarix yazdı!
29.10.2026 13:57 İdman

“LANDAU Lions” basketbol klubunun kapitanı Ceyms Freyzer “Dənizli Basket”lə qarşılaşmadakı performansı ilə FIBA Avropa Kubokunun tarixinə düşüb.

TodayPress TV xəbər verir ki, Freyzer matçda 41 xal toplayaraq görüşün ən məhsuldar basketbolçularından biri olub.

Kapitan “Dənizli Basket”lə oyunda topladığı 41 xaldan 24-nü üçxallıq atışlarla əldə edib. Bu göstərici ilə o, turnirin tarixində ikinci pilləni Tre Qolden (“Bahçaşehir Kolleci”) və Devid DeCuliusla (“UCAM Mursiya”) bölüşür.

Rekord göstərici isə Trazarien Vayta məxsusdur. “Zastal Zielona Qoria”nın basketbolçusu 43 xal toplayaraq siyahının ilk pilləsində qərarlaşıb.

Namiq HUN

TodayPress TV 


XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər