“Qalatasaray”ın futbolçusuna Avropadan transfer hücumu!

“Qalatasaray”ın futbolçusuna Avropadan transfer hücumu!
29.10.2026 12:20 İdman

Fransanın “Monako” klubu İstanbulun “Qalatasaray” komandasında çıxış edən Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Batrakova xüsusi maraq göstərir.

TodayPress TV xəbər verir ki, bu barədə türkiyəli jurnalist və insayder Ali Naci Küçükün məlumatlarına istinadən “Forza Cimbom”un “X” sosial şəbəkəsindəki hesabı məlumat yayıb.

Bildirilib ki, Batrakovla İngiltərə və Fransanın bəzi klubları da maraqlanır.

“Qalatasaray” rəhbərliyinin 21 yaşlı yarımmüdafiəçiyə Avropanın bir sıra klublarının maraq göstərdiyindən xəbərdar olduğu qeyd edilir.

Qeyd edək ki, Aleksey Batrakov yay transfer pəncərəsində İstanbul təmsilçisinə qoşulub. O, bundan əvvəl yetirməsi olduğu Moskva “Lokomotiv”ində çıxış edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər