Azərbaycan yığması Bakıda qələbə seriyasını davam etdirir!

Azərbaycan yığması Bakıda qələbə seriyasını davam etdirir!
29.10.2026 12:51 İdman

Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və festivalında növbəti qələbəsini qazanıb.

TodayPress TV xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunda Mozambik yığmasını 4:1 hesabı ilə məğlub edib.

Millimiz növbəti mərhələdə Kuba – Vyetnam qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması C Divizionunda ilk oyununda Çiliyə 1:3 hesabı ilə uduzub, Cəbəllütariq seçməsinə isə 5:1 hesabı ilə qalib gəlib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər