İspaniyada qatar qəzasına görə nəqliyyat naziri istefaya çağırılır
İspaniyada baş verən ağır qatar qəzasından sonra Nəqliyyat Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.
TodayPress TV xəbər verir ki, məlumata görə, etirazçılar ölkənin nəqliyyat naziri Oskar Puente (Óscar Puente) istefasını tələb edirlər.
Polis aksiya iştirakçılarına sərt müdaxilə edir.
Qeyd edək ki, oktyabrın 28-də İspaniyanın Toledo əyalətində iki sürət qatarının toqquşması nəticəsində azı 68 nəfər həlak olub, onlarla insan yaralanıb. Hadisədən sonra Madriddə keçirilən etiraz aksiyasında polis gözyaşardıcı qazdan istifadə edib. Qəzanın səbəbləri araşdırılır.
Jalə Rövşən