Üçdə üç edən “Çelsi”də böyük ruh yüksəkliyi: Lavia danışdı!
“Çelsi” klubunun yarımmüdafiəçisi Romeo Lavia komandanın 2026/2027-ci illər mövsümünə startı haqqında fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Mövsümöncəsi hazırlıqdan başlayaraq əhval-ruhiyyəmiz əla idi. Məşqçi də bunun üzərində çox çalışdı və istirahət günlərində üç xal qazanmağımız üçün əlavə faizlər toplamağımıza kömək etdi. Hələlik hər şey əla gedir.
Hər şey inamın möhkəmlənməsindədir. Əlbəttə, komanda yoldaşlarım və məşqçimiz mənə çox kömək edirlər. Sadəcə oyundan-oyuna inkişaf etmək lazımdır. Özümü əla hiss edirəm və ümid edirəm ki, bu, həmişə belə davam edəcək”, — deyə Lavia bildirib.
Qeyd edək ki, “Çelsi” ardıcıl üç qələbə qazanıb.
Namiq HUN