Üç qol, üç xal, üçüncü pillə!

Üç qol, üç xal, üçüncü pillə!
24.02.2026 17:56 İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turdan təxirə salınmış oyun keçirilib.

TodayPress TV xəbər verir ki, “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edib. 

Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Tovuz təmsilçisi ilk hissədə üstün oyun nümayiş etdirib. Hesabı 9-cu dəqiqədə Alexandro Serrano açıb. 18-ci dəqiqədə isə Filip Ozobiç fərqi artırıb. Fasilədən dərhal sonra, 47-ci dəqiqədə Seydina Keytanın avtoqolu matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu qələbədən sonra xallarının sayını 40-a çatdıran “Turan Tovuz” turnir cədvəlində üçüncü pillədə mövqeyini möhkəmləndirib. “Qəbələ” isə 15 xalla 10-cu sırada qalır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər