Xersonda silahlar susur - Atəşkəs elan edildi

Xersonda silahlar susur - Atəşkəs elan edildi
23.10.2026 21:17 Dünya

Rusiya Silahlı Qüvvələri Xerson vilayətinin Oleşki şəhəri ərazisində humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə 05:00 – red.) Xerson istiqamətində atəşi dayandıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

Onun sözlərinə görə, insanların təhlükəsizliyinin təmin edilməsi və sosial əhəmiyyətli yüklərin çatdırılması üçün mühəndis kəşfiyyatı və humanitar karvanın Oleşkiyə təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə tədbirlər həyata keçiriləcək.

"Humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar Rusiya Federasiyasının Silahlı Qüvvələri tərəfindən Xerson istiqamətində atəş dayandırılır və 27 oktyabr 2026-cı il tarixində Moskva vaxtı ilə səhər saat 04:00-dan etibarən "sükut rejimi" tətbiq edilir", - deyə məlumatda qeyd olunub.

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər