U-21 millimiz Çexiya ilə heç-heçə etdi

U-21 millimiz Çexiya ilə heç-heçə etdi
26.09.2026 00:47 İdman

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

TodayPress TV xəbər verir ki, B qrupunda mübarizə aparan U-21 millimiz “Əlincə Arena”da Çexiya yığmasını qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Millimizin heyətində qolu Eşqin Əhmədov vurub.

Qeyd edək ki, U-21 millimiz seçmə mərhələdə növbəti oyununu sentyabrın 30-da səfərdə Şotlandiyaya qarşı keçirəcək.

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər