U-20 güləşçilərimiz dünya çempionatında 5 medalla fərqləndi!
Slovakiyada güləş üzrə U-20 dünya çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşi üzrə U-20 millisi Bratislavada keçirilən dünya çempionatında komanda hesabında 5-ci yeri tutub.
Yığmamız bir qızıl, bir gümüş və üç bürünc medal qazanaraq 90 xal toplayıb.
Komanda hesabında Rusiya 142 xalla birinci, İran 109 xalla ikinci, Özbəkistan isə 95 xalla üçüncü olub.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə U-20 millisinə mundialda yeganə qızıl medalı 60 kq çəki dərəcəsində Ayxan Cavadov qazandırıb. Cavidan Nehmətov (77 kq) gümüş, Emin Cavadlı (55 kq), Tural Əhmədov (63 kq) və Elmin Əliyev (82 kq) isə bürünc medal əldə edib.
Namiq HUN