Tural Qurbanova UEFA Gənclər Liqasında növbəti təyinat
Azərbaycanlı FİFA hakimi Tural Qurbanov növbəti təyinat alıb.
TodayPress TV xəbər verir ki, o, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Borusiya” (Dortmund, Almaniya) – “Villarreal” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
T. Qurbanova Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.
Qeyd edək ki, görüş sentyabrın 8-i Dortmund şəhərində yerləşən "Dortmund Brakel Təlim Mərkəzi" stadionunda keçiriləcək.