“Tottenhem” Mudrik üçün plan qurdu: Qakpo alınmasa...
“Tottenhem” “Liverpul”un vingeri Kodi Qakponun transferi ilə bağlı yeni təklif göndərmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Nikolo Skira “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, London təmsilçisi artıq 27 yaşlı niderlandlı futbolçu ilə şəxsi müqavilənin şərtləri barədə prinsipial razılığa gəlib. Razılaşmanın beş mövsümlük olması nəzərdə tutulur.
Bununla yanaşı, “Tottenhem” Qakponun transferinin baş tutmayacağı təqdirdə alternativ variantı da nəzərdən keçirir. “Mahmılzlar”ın ehtiyat namizədi “Çelsi”nin ukraynalı vingeri Mixail Mudrikdir.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Mudrikin orqanizmində meldonium adlı qadağan olunmuş maddə aşkarlanıb. Diskvalifikasiyasının ləğv edilməsindən sonra ukraynalı futbolçu “Çelsi”nin heyətində üç matçda meydana çıxıb. O, “Yuventus”, “Milan” və “Darul Təzim”lə görüşlərdə ümumilikdə 39 dəqiqə oynayıb.
Namiq HUN