Tatamidə yeni ümidlər: 6 cüdoçu Avropa sınağında
İspaniyanın Mostoles şəhərində gənc cüdoçular arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri müəyyənləşib.
TodayPress TV xəbər verir ki, European Judo Union tərəfindən fevralın 28-dən martın 1-dək təşkil olunacaq yarışda ölkəmizi 6 cüdoçu təmsil edəcək.
Millinin heyəti:
52 kq:
• Çinarə Sadıqova
• Fəridə Mirzəyeva
• Aysun Məmmədova
• Nuranə Hacızadə
57 kq:
• Vüsalə Hacıyeva
63 kq:
• Nilgün Rzayeva
Milli komandaya qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Qeyd edək ki, Avropa Kuboku gənc cüdoçular üçün beynəlxalq təcrübə və reytinq xalları baxımından mühüm turnirlərdən hesab olunur.
Namiq HUN