Tarixi zəfər: Yusifov “Böyük Dəbilqə”ni fəth etdi

Tarixi zəfər: Yusifov “Böyük Dəbilqə”ni fəth etdi
27.02.2026 17:40 İdman

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub.

TodayPress TV xəbər verir ki, o, bu uğura Özbəkistanın paytaxtı Daşkənddə keçirilən yarışda imza atıb.

Yusifov final görüşündə komanda yoldaşı Balabəy Ağayevi məğlub edərək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Nizami İmranov və Turan Bayramov (hər ikisi 66 kq), eləcə də Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Leyla Əliyeva (52 kq) mübarizəni erkən mərhələdə dayandırıblar.

“Böyük Dəbilqə” turniri martın 1-də başa çatacaq.

Namiq HUN

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər