Tacikistanın baş məşqçisi: "Azərbaycanda keyfiyyətli futbolçular çoxdur"

Tacikistanın baş məşqçisi: "Azərbaycanda keyfiyyətli futbolçular çoxdur"
23.09.2026 22:32 İdman

"Azərbaycanda keyfiyyətli futbolçular çoxdur".

TodayPress TV xəbər verir ki, bunu Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Azərbaycanla yoldaşlıq görüşündən (0:1) sonra mətbuat konfransında deyib.

Mütəxəssis komandasının çıxışını dəyərləndirib:

"Azərbaycan millisini təbrik edirəm. Hər iki komandanın şansları oldu. Azərbaycanda keyfiyyətli futbolçular çoxdur. Biz də müəyyən qol epizodları yaratdıq. Amma istifadə edə bilmədik. Komandamız yaxşı oynadı. Qol vura bilməsək də təhlükəli vəziyyətlər yarada bildik. Azərbaycan millisindən yaxşı oyun gözləyirdim. Ümid edirəm ki, futbolçular daha yaxşı olacaqlar. Azərbaycan komandasına nailiyyətlər arzulayıram. Ümid edirəm ki klub səviyyəsində qazandıqları uğurları milli səviyyəsində də təkrarlayarlar".

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər