Sürət həvəskarlarının gözü bu qərarda: İki həftəyə “Formula-1”in taleyi həll olunacaq!
“Formula-1” rəhbərliyi Qətər və Əbu-Dabi Qran-prilərini keçirmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə “DAZN España”nın jurnalisti Tomas Slafer məlumat yayıb.
Hazırda bu yarışların nəzərdə tutulan cədvəl üzrə tutulması ehtimalı ləğv olunma ehtimalından daha yüksək qiymətləndirilir.
Məlumata görə, yekun qərarın iki həftə ərzində açıqlanması gözlənilir.
Qeyd edək ki, Qətər və Əbu-Dabi mərhələləri müvafiq olaraq noyabrın 29-u və dekabrın 6-na planlaşdırılıb. Bu yarışlarla 2026-cı il mövsümünə yekun vurulmalıdır.
Yaxın Şərqdə gərginləşən münaqişə səbəbindən yarışların keçirilməsi sual altında qalmışdı. Mövsümün həlledici finalı üçün ehtiyat variant kimi İmola trası nəzərdən keçirilir.
Namiq HUN