“Sumqayıt” daha bir futbolçusu ilə vidalaşdı

“Sumqayıt” daha bir futbolçusu ilə vidalaşdı
25.06.2025 11:31 İdman

“Sumqayıt” klubu daha bir futbolçusu ilə yolları ayırıb.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Murad Xaçayevlə başa çatan müqavilə yenilənməyib.

2018-ci ildən “Sumqayıt”ın uğurları üçün top qovan Murad Xaçayev ötən müddət ərzində bütün turnirlər daxil olmaqla 176 oyuna çıxıb. Onun aktivində 6 qol və 9 məhsuldar ötürmə var.

Xatırladaq ki, yay transferində Miloş Miloviç, Momo Yansane və Rövlan Muradov da “Sumqayıt”dan ayrılıb.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər