Şumaxerin ruhu Monzada: Fettel əfsanəvi F2002-ni sürəcək
“Formula-1” üzrə dördqat dünya çempionu Sebastian Fettel İtaliya Qran-prisindən əvvəl yeddiqat dünya çempionu, həmyerlisi Mixael Şumaxerin şərəfinə fəxri dövrə vuracaq.
TodayPress TV xəbər verir ki, bu barədə “Autoracer” məlumat yayıb.
Bildirilib ki, Fettel sentyabrın 6-da Monzada keçiriləcək yarışdan əvvəl Şumaxerin 2002-ci ildə beşinci dünya çempionluğunu qazandığı “Ferrari” F2002 bolidinin sükanı arxasında trekə çıxacaq.
Qeyd edək ki, İtaliya Qran-prisi həftəsonu, sentyabrın 4-də başlayacaq. Həmin gün ilk iki sərbəst yürüş keçiriləcək. Sentyabrın 5-də üçüncü sərbəst yürüş və sıralanma turu baş tutacaq. İtaliya Qran-prisinin qalibi isə sentyabrın 6-da məlum olacaq.
Namiq HUN