PSJ-yə “yox” dedi: Prestiani “Benfika”da qalır!

PSJ-yə “yox” dedi: Prestiani “Benfika”da qalır!
24.11.2026 13:16 İdman

“Benfika” klubunun hücumameyilli yarımmüdafiəçisi Canluka Prestiani ən azı cari mövsümün sonunadək Lissabon təmsilçisində qalmaq niyyətindədir.

TodayPress TV “Record” nəşrinə istinadən xəbər verir ki, argentinalı cinah oyunçusu PSJ-yə keçmək təklifini rədd edib və bu barədə “Benfika” rəhbərliyini məlumatlandırıb. 

Bildirilib ki, Fransa klubu zədələnən Désire Due və Xviça Kvaratsxeliyanın mümkün əvəzedicisi kimi Prestiani ilə maraqlanıb. Lakin 20 yaşlı futbolçu qış transfer pəncərəsində klubunu dəyişmək istəmir.

Qeyd edək ki, Prestianinin “Benfika” ilə əvvəlki müqaviləsi 2029-cu ilə qədər qüvvədə idi. Tərəflər bu yaxınlarda anlaşmanı uzatmaq barədə razılığa gəliblər. Yeni müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Transfermarkt portalında futbolçunun bazar dəyəri 40 milyon avro qiymətləndirilir. 

Namiq HUN

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər