Sprint-kvalifikasiyada qırmızı bayraq həyəcanı: Peresin qəzası sessiyanı iflic etdi!
“Formula-1” üzrə Sinqapur Qran-prisinin sprint-kvalifikasiyasının birinci seqmentində sessiyanın başa çatmasına 6 dəqiqə qalmış qırmızı bayraqlar qaldırılıb.
TodayPress TV xəbər verir ki, “Cadillac” komandasının pilotu Serxio Peres 4-cü döngədə divarla toqquşaraq birinci sektorda sarı bayraqların dalğalanmasına səbəb olub.
Meksikalı sürücü avtomobili geriyə sürərək səddən çıxara bilsə də, ön qanadın qırıntıları trekin üzərinə səpələnib. Peres pit-leyne daxil olarkən qanadın böyük bir hissəsi bolidin altında qalıb. Bu insidentə görə “Cadillac” komandasının cəzalandırılacağı istisna olunmur.
Sessiyanın dayandırıldığı məqamda 8 pilot hələ vaxt göstəricisi təyin etməmişdi, yalnız 5 sürücü təmsilçi dövrə zamanı qeydə ala bilmişdi.
Namiq HUN