“Sportinq” “Spartak”ın müdafiəçisini transfer etmək istəyir

“Sportinq” “Spartak”ın müdafiəçisini transfer etmək istəyir
27.07.2025 11:15 İdman

Portuqaliyanın “Sportinq” klubu Moskva “Spartak”ında çıxış edən Rikardu Manqaşı transfer etmək niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, 27 yaşlı portuqaliyalı müdafiəçi ilə bağlı artıq danışıqlar başlanılıb və müqavilə yaxın günlərdə bağlana bilər.

Qeyd edək ki, Manqaş 2024-cü ilin sentyabrında “Vitoriya Gimaraynş” klubundan “Spartak”a keçib. O, 2024/25 mövsümündə Moskva təmsilçisinin heyətində 17 oyun keçirib və 3 qol vurub.

"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 2,5 milyon avro olaraq qiymətləndirir.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər