Sol cinah üçün ideal seçim: “Yunayted” növbəti bomba transferə hazırlaşır!

Sol cinah üçün ideal seçim: “Yunayted” növbəti bomba transferə hazırlaşır!
22.09.2026 11:57 İdman

“Mançester Yunayted” sol müdafiəçi mövqeyini gücləndirmək üçün “Kristal Pelas”ın 27 yaşlı futbolçusu Tayrik Mitçellin namizədliyini ön plana çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Football Insider” nəşri məlumat yayıb.

Yay transfer pəncərəsində sol cinah müdafiəçisi ala bilməyən “qırmızı şeytanlar” üçün bu mövqe qış və ya yay transfer dövründə prioritet olaraq qalır.

Mitçellin “Kristal Pelas” ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bu da onu azad agent kimi pulsuz və ya yanvar ayında münasib qiymətə almaq imkanı yaradır.

“Yunayted” rəhbərliyi ingiltərəli müdafiəçinin APL-dəki zəngin təcrübəsini və adaptasiya müddətinə ehtiyac duymamasını yüksək qiymətləndirir.

İddiaya görə, futbolçunun durumunu “Çelsi” və “Liverpul” da yaxından izləyir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər