Şok dəyişiklik! “Mançester Yunayted”də məşqlər tamamilə dəyişdi
İdman
28.02.2026 15:34
“Mançester Yunayted” klubunda baş məşqçi dəyişikliyindən sonra ciddi dəyişikliklər baş verib.
TodayPress TV “The Telegraph”a istinadən xəbər verir ki, Ruben Amorimin istefasından və onun yerinə Maykl Kerrikin təyin olunmasından sonra əsas yeniliklər məşq prosesində müşahidə olunur.
Bildirilir ki, Amorimin məşqçi heyəti əsasən gənclərdən ibarət idi və onlar çox vaxt qərar vermək üçün portuqaliyalı mütəxəssisin siqnalını gözləyirdilər. Onun fikirləri nadir hallarda mübahisələndirilirdi.
Kerrikin rəhbərliyi altında isə vəziyyət fərqlidir. İngilis mütəxəssis köməkçilərinin sərbəst şəkildə fikir bildirməsini təşviq edir.
Həmçinin məşqlər daha qısa və intensiv olur. Müddəti adətən 60-75 dəqiqədən artıq çəkmir. Məşq prosesini izləyən şəxslər “qırmızı şeytanlar”ın nümayiş etdirdiyi sürət, fiziki təmas və enerji səviyyəsindən heyrətə gəliblər.
Qeyd edək ki, Amorim 2024-cü ilin noyabrından 2026-cı ilin yanvarına qədər “Mançester Yunayted”ə rəhbərlik edib. Kerrik isə yanvarın 13-dən etibarən “qırmızı şeytanlar”ı çalışdırır və onun müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.
Namiq HUN
tag: Mançester ,Yunayted,Ruben Amorim,Maykl Kerrik,Todaypress.tv,
