Sobolenko üçün sonun başlanğıcı? Ekspertdən belaruslu ulduz haqqında qalmaqallı sözlər
ABŞ-nin “Racquet” tennis jurnalının təsisçisi Keytlin Tompsom belaruslu tennisçi Arina Sobolenkonun karyerasında bir daha “Böyük Dəbilqə” turnirinin qalibi ola bilməyəcəyini iddia edib.
TodayPress TV xəbər verir ki, Tompson “Punto de Break”ə açıqlamasında Sobolenkonun oyununda geriləmə hiss olunduğunu bildirib:
“Düşünmürəm ki, Sobolenko bir daha “Böyük Dəbilqə” turnirlərində zəfər qazanacaq. Mənə elə gəlir ki, o, artıq geriləməyə doğru gedir. Düşünürəm ki, rəqibləri onun oyun üslubunu artıq tam həll ediblər, buna görə də çətin situasiyalarda o, özünü çox həssas və zəif tərəfdən göstərdi. Bilirsiniz, kim belə deyil? Koko Qauff. Bəlkə o, hər matçda qalib gəlmir və ya hər finala yüksəlmir, amma hamı bilir ki, o, sonadək mübarizə aparacaq”.
Qeyd edək ki, Arina Sobolenko “US Open – 2026”nın yekunlarına əsasən WTA reytinqində birinci pilləni itirib. Turnirin finalı belaruslu idmançı üçün bu il hard kortda uduzduğu ikinci finalı olub - o, yanvar ayında “Australian Open”in həlledici matçında qazaxıstanlı Yelena Rıbakinaya məğlub olmuşdu. Sobolenkonun cari mövsümdə qazandığı son titulu isə mart ayında Mayamidə keçirilən “WTA-1000” turnirinə təsadüf edir.
Namiq HUN