Sobolenko titulunu qoruyacaq, yoxsa yeni çempion doğacaq? - 1/4 final
“US Open - 2026” turnirində qadınlar arasında fərdi növdə bütün 1/4 final cütlükləri müəyyənləşib.
TodayPress TV xəbər verir ki, yarışın doqquzuncu oyun gününün yekunlarına əsasən 1/4 final mərhələsinin bütün cütlükləri bəlli olub.
1/4 final cütlükləri:
Çjen Çinven (Çin) – Yelena Rıbakina (Qazaxıstan)
Arina Sobolenko (Belarus) – Linda Noskova (Çexiya)
Cessika Pequla (ABŞ) – Emma Navarro (ABŞ)
Mirra Andreyeva (Rusiya) – Kori Qauff (ABŞ)
Qeyd edək ki, “US Open – 2026” turnirinin qadınlar arasında fərdi yarışları avqustun 30-dan sentyabrın 12-dək keçirilir. Turnirin son çempionu 2025-ci ilin finalında amerikalı Amanda Anisimovaya qalib gəlmiş belaruslu Arina Sabalenkadır.
Namiq HUN