“Skuderiya”nın gələcəyi kimə həvalə olunub? Lekler sükutu pozdu!

“Skuderiya”nın gələcəyi kimə həvalə olunub? Lekler sükutu pozdu!
02.09.2026 11:18 İdman

“Formula-1” üzrə “Ferrari” komandasının 28 yaşlı moneqasklı pilotu Şarl Lekler nə üçün həmkarı, britaniyalı Lyuis Hemiltonla yanaşı, özünü “Skuderiya”da lider hesab etdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “FormulaPassion” portalına danışıb.

“Əlbəttə, özümü lider kimi hiss edirəm. Mən çoxdan bu komandadam, lakin komanda yoldaşım Hemilton “Formula-1”in yeddiqat çempionudur. Düşünürəm ki, biz hər ikimiz liderik və komanda olaraq hansı istiqamətdə irəliləmək istədiyimizi çox yaxşı anlayırıq. Aydındır ki, bu gün hər iki pilot hara getmək istədiyimizə dair aydın baxışa malik olaraq komandaya rəhbərlik edir. Sürücülük üslublarımız fərqli olsa da, bolidə olan tələblərimiz oxşardır və bu, çox vacibdir”, — deyə Lekler bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər