Sərxoşluq və qalmaqallı videolar: Asensio çətin vəziyyətdədir!

Sərxoşluq və qalmaqallı videolar: Asensio çətin vəziyyətdədir!
02.09.2026 13:03 İdman

Madrid “Real”ının müdafiəçisi Raul Asensio içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün cərimələnib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Hadisənin avqust ayında baş verdiyi bildirilir. 23 yaşlı Raul Asensio Qran-Kanariyanın cənubunda “Porsche” sükanı arxasında saxlanılıb. Onun qanında alkoqolun miqdarı icazə verilən normadan dörd dəfə artıq olub. O, sadələşdirilmiş qaydada mühakimə olunaraq 14 400 avro məbləğində cərimə edilib və səkkiz ay müddətinə sürücülük hüququndan məhrum olunub.

Sərxoş sürücülük cəzasından əlavə, Asensio və “Real”ın gənclər komandasının keçmiş üç digər futbolçusu qaimaqallı videoları yaymaqda ittiham olunur. Bu iş üzrə məhkəmə araşdırması başlandığı üçün Asensio yaxın günlərdə yenidən məhkəmə qarşısına çıxacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər