Sərbəst güləşçi Arseniy Djioyev Albaniyadakı turnirdə medal qazandı

Sərbəst güləşçi Arseniy Djioyev Albaniyadakı turnirdə medal qazandı
25.02.2026 23:00 İdman

Azərbaycanın daha bir sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində bürünc medal qazanıb.

TodayPress TV xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan Arseniy Djioyev amerikalı 2 qat olimpiya mükafatçısı və 4 qat dünya çempionu Kayl Deykə 4:1 hesabı ilə qalib gələrək reytinq turnirində bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl digər təmsilçilərimizdən Rəşid Babazadə (65 kq) gümüş, İslam Bazarqanov (57 kq) isə bürünc mükafat əldə edib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər