“Seltik” Rocerslə yolları ayırdı

“Seltik” Rocerslə yolları ayırdı
28.10.2025 10:15 İdman

Şotlandiyanın “Seltik” klubu baş məşqçisi Brendan Rocersi istefaya göndərib. 

TodayPress TV xəbər verir ki, bu barədə keltlərin rəsmi saytı məlumat yayıb. 

Qlazqo təmsilçisi uğursuz nəticələrə görə Rocerslə müqaviləyə xitam verib. 

“Seltik”in keçmiş baş məşqçisi Martin Onil iki illik fasilədən sonra komandanın müvəqqəti çalışdırıcısı təyin edilib.

“Seltik” Şotlandiya çempionatının 9 turundan sonra 17 xalla ikincidir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər