“Şəhərlilər” Vinisiusu “Real”dan qoparmağa çalışır
“Mançester Siti” klubu Vinisius Juniorun transferi üçün aktiv hərəkətə keçə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.
Bildirilir ki, “Real Madrid” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq braziliyalı vingerin vəziyyətini “şəhərlilər” diqqətdə saxlayır.
Məlumata görə, “Mançester Siti” Vinisiusa “Real”ın təklif edə bilmədiyi maaş şərtlərini irəli sürə bilər. İngiltərə təmsilçisi futbolçunu müqaviləni uzatmamağa razı salmağa çalışır.
Qeyd edək ki, cari mövsümdə Vinisius 37 oyunda 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 150 milyon avro qiymətləndirilir.
Namiq HUN