Saynsdan “Williams”ə sədaqət mesajı: “Komandanı zirvəyə qaytarmaq istəyirəm”
“Williams” komandasının ispaniyalı pilotu Karlos Sayns yeni müqaviləyə imza atıb.
TodayPress TV xəbər verir ki, komandanın mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər arasında imzalanan müqavilə çoxillikdir.
Sazişin dəqiq müddəti açıqlanmayıb.
“Williams” ailəsi ilə yolumu davam etdirəcəyimi elan etməkdən məmnunam. Həm bazada, həm də trasda bu komandanın üzvlərinə, eləcə də görülən böyük işə və yatırımlara həqiqətən inanıram.
Bizim vəziyyəti birlikdə dəyişmək üçün hər şeyimiz var. İlk gündə olduğum qədər bu komandaya sadiqəm və “Williams”i layiq olduğu yerə qaytarmağa kömək etmək istəyirəm. Komanda ilə birlikdə yeni xatirələr yaratmaq fürsətini səbirsizliklə gözləyirəm”, – deyə Sayns bildirib.
Qeyd edək ki, “Williams” bundan əvvəl Saynsın komanda yoldaşı Aleks Albonla da müqaviləni uzadıb.
Namiq HUN