Sarı vərəqə limiti aşıldı, klublar cərimələndi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
TodayPress TV xəbər verir ki, Premyer Liqanın IV turunda keçirilən oyunlarda sarı vərəqə limitini aşan 4 klub ümumilikdə 2 800 manat məbləğində cərimələnib.
Sentyabrın 4-də keçirilən “Kəpəz” – “Şamaxı” qarşılaşmasında meydan sahiblərinin 6, qonaq komandanın isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. Bununla əlaqədar hər iki klub 700 manat məbləğində cərimə ödəyəcək.
“Turan Tovuz” – “Sumqayıt” matçında da sarı vərəqə limiti aşılıb. Qarşılaşmada meydan sahiblərinin 5, qonaq komandanın isə 6 futbolçusu sarı vərəqə alıb.
AFFA İntizam Komitəsinin qərarına əsasən, hər iki klub 700 manat məbləğində cərimələnib.
Beləliklə, IV tur oyunlarında sarı vərəqə limitini aşan 4 klubun hər biri 700 manat olmaqla, ümumilikdə 2 800 manat cərimə ödəyəcək.
Namiq HUN