Sarayevoda Azərbaycan adına möhtəşəm nəticə
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirinin kata yarışında Azərbaycan təmsilçiləri medal qazanıblar.
TodayPress TV xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvü Adilə Niftaliyeva ACF-in təhsil eksperti İbrahim Aslanovla birlikdə “nage-no-kata” proqramında ikinci yeri tutaraq gümüş medal əldə edib.
Kata cütlüyündə Adilə Niftaliyeva tori, İbrahim Aslanov isə uke rolunda çıxış edib.