Las-Veqasda gümüş sevinci: Günay Qurbanova kürsünün ikinci pilləsində!
ABŞ-nin Las-Veqas şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) mundialın final görüşünə çıxıb.
Milli komandamızın üzvü həlledici qarşılaşmada ukraynalı Alina Filipoviçlə üz-üzə gəlib. Gərgin keçən mübarizə 4:4 hesablı bərabərliklə başa çatsa da, sonuncu xal prinsipinə əsasən rəqib qələbə qazanıb. Bununla da Günay Qurbanova dünya çempionatının gümüş medalına sahib olub.
Xatırladaq ki, yarışın əvvəlki günlərində yunan-Roma güləşçilərimizdən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medala layiq görülüb.
Dünya çempionatı oktyabrın 18-dək davam edəcək.
Namiq HUN