50 milyonluq istedad uğrunda gərgin mübarizə: “Nyukasl” qapıları bağladı!

50 milyonluq istedad uğrunda gərgin mübarizə: “Nyukasl” qapıları bağladı!
16.10.2026 10:35 İdman

“Mançester Yunayted” və “Arsenal” futbol klubları “Nyukasl”ın cinah hücumçusu Bazumana Ture ilə yaxından maraqlanırlar.

TodayPress TV xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb. 

Bildirilib ki, klublar 20 yaşlı vingeri hələ onun ötən yay “sağsağanlar”ın düşərgəsinə keçidindən əvvəl də izləyiblər.

Mənbənin məlumatına görə, “Nyukasl”da Turenin klubdakı gələcəyi ilə bağlı heç bir narahatlıq yoxdur. Vingerlə imzalanan müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub və klub onu satmağı planlaşdırmır.

Xatırladaq ki, Ture “Nyukasl”a “Hoffenhaym”dan keçib. Cari mövsümdə bütün turnirlərdə 5 matçda iştirak edən hücumçu 2 qolla yadda qalıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər