Azərbaycanda 9 ayda 620 yeni dövlət standartı qəbul edilib
“2026-cı ilin ilk 9 ayı ərzində 620 yeni dövlət standartı qəbul edilib. 2026–2028-ci illər üçün Milli Standartlaşdırma Proqramı çərçivəsində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulub”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktorunun müavini Kəmalə Məmmədzadə deyib.
O bildirib ki, dövlət standartlarının sayı 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə 132, 2025-ci ildə isə 345 olub. 2026-cı ilin ilk 9 ayında qəbul edilən 620 standartın 530-dan çoxu beynəlxalq standartlardır.
K.Məmmədzadə, həmçinin qeyd edib ki, hazırda energetika və yanacaq sahələri üzrə 60-dan çox standart qüvvədədir. Bundan əlavə, 2026-cı ildə üç yeni texniki komitə yaradılıb, standartların aktuallığının qiymətləndirilməsi məqsədilə 28 dövlət standartı yoxlanılıb.

Jalə Rövşən