Məhkəmə ekspertizası əməkdaşlarının geyim forması müəyyənləşdirilir
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.
TodayPress TV xəbər verir ki, qanun layihəsində ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmçinin məhkəmə ekspertizası sahəsində çalışan dövlət qulluqçularının xüsusi geyim forması ilə bağlı dəyişikliklər nəzərdə tutulur.
Dəyişikliklər ədliyyə orqanlarının tibb xidmətində fəaliyyət göstərən hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsini və məhkəmə ekspertizası sahəsində çalışan əməkdaşların xüsusi geyim forması ilə fərqləndirilməsini əhatə edir.
Qiymət Mahir