Absurd təqvim qəzəbi: Sarri futbolçuların zədələnməsinə üsyan etdi!

Absurd təqvim qəzəbi: Sarri futbolçuların zədələnməsinə üsyan etdi!
16.10.2026 09:35 İdman

“Atalanta”nın baş məşqçisi Mauritsio Sarri futbol matçlarının həddindən artıq sıx təqvimi problemi ilə bağlı sərt açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Oyunçular məntiqsiz və absurd təqvimə məruz qalırlar. Bu həftə çoxlu əzələ zədələri qeydə alındı. UEFA və FIFA-ya şikayət vermək lazımdır. Məni təəccübləndirən odur ki, İtaliya Futbolçular Assosiasiyası heç nə danışmır və susur...”, – deyə Sarri bildirib.

Xatırladaq ki, İtaliya A Seriyasında 6 turdan sonra “Atalanta” 9 xal toplayıb və turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər