"Santos" Neymarla müqaviləni uzatdı

"Santos" Neymarla müqaviləni uzatdı
25.06.2025 10:21 İdman

Braziliyanın “Santos” klubu 33 yaşlı hücumçu Neymarla müqavilənin 2025-ci ilin sonunadək uzadıldığını rəsmi olaraq açıqlayıb. 

TodayPress TV xəbər verir ki, klub bu barədə sosial şəbəkədəki hesabında məlumat yayıb:

“Harada ki, hər şey başladı. Harada ki, heç vaxt bitməyəcək!” - deyə paylaşımda qeyd olunub.

Yeni müqaviləyə əsasən, Neymarın klubda qalma müddəti daha sonra uzadıla da bilər.

Xatırladaq ki, Neymar “Santos”un yetirməsidir və peşəkar karyerasına 2008-ci ildə burada başlayıb. 2013-cü ildə “Barselona”ya keçən futbolçu, 2025-ci ilin yanvarında azad agent kimi yenidən Santus təmsilçisinə qayıdıb.  Forvard “Santos”un heyətində meydana çıxdığı 237 oyunda, 139 qol vurub və 69 məhsuldar ötürmə edib. 

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər