“Samsunspor”a İspaniya səddi – 1/8 finalda çətin sınaq

İdman

27.02.2026 17:51

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. 

TodayPress TV xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Türkiyənin “Samsunspor” klubunun da rəqibi müəyyənləşib.

Püşkatma nəticəsində 1/8 finalda üz-üz gələcək komandalar bəlli olub:

“Lex” (Polşa) – “Şaxtyor” (Ukrayna)

“Kristal Pelas” (İngiltərə) - AEK (Larnaka, Kipr)

“Samsunspor” (Türkiyə) – “Rayo Valyekano” (İspaniya)

“Siqma” (Çexiya) – “Maynts 05” (Almaniya)

AZ (Alkmar, Niderland) – “Sparta” (Çexiya)

“Fiorentina” (İtaliya) – “Rakuv” (Polşa)

“Sele” (Sloveniya) - AEK (Yunanıstan)

“Riyeka” (Xorvatiya) – “Strasburq” (Fransa)

Qeyd edək ki, 1/8 final mərhələsinin matçları nartın 12-də və 19-da keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: Püşkatma,UEFA,Komanda,İdman,Todaypress.tv,