“Şamaxı” Azərbaycan Kubokunda 1/4 finala yüksəldi

“Şamaxı” Azərbaycan Kubokunda 1/4 finala yüksəldi
03.12.2025 16:19 İdman

Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti komanda müəyyənləşib.

TodayPress TV xəbər verir ki, Premyer Liqa təmsilçisi “Şamaxı” mərhələ adlayıb.

Bölgə təmsilçisi 1/8 finalda "Baku Sportinq"ə 1:0 hesabı ilə qalib. 

“Şamaxı” yarımfinala gedən yolda “Qarabağ” – “Karvan-Yevlax” duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” isə əlavə vaxtda “Neftçi”ni (1:0) məğlub edib.

Azərbaycan Kubokunda 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər