Şahmatçılarımızdan növbəti addım: Aydın Süleymanlı Argentinanı yıxdı!
Özbəkistanın Səmərqənd şəhərində 11 turdan ibarət İsveçrə sistemi ilə keçirilən Ümumdünya Şahmat Olimpiadasında VI turun qarşılaşmaları yekunlaşıb.
TodayPress TV xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması bu turda Argentina seçməsini 2,5:1,5 hesabı ilə məğlub edib. Qələbəni komandamıza Aydın Süleymanlının nisbi üstünlüyü gətirib.
Qadın millimiz isə Qazaxıstanla gərgin keçən görüşdə 1 xal fərqi ilə məğlubiyyətlə üzləşib. Qarşılaşmada Günay Məmmədzadə xalsız qalıb.
Altı turun nəticələrinə əsasən, Azərbaycanın kişilərdən ibarət komandası 10 xalla 12-ci, qadın yığmamız isə eyni xalla 9-cu pillədə qərarlaşıb.
Yeddinci turun görüşləri sentyabrın 23-də baş tutacaq. Bu turda kişilərdən ibarət milli komandamız Yunanıstanla, qadın millimiz isə Ermənistan seçməsi ilə üz-üzə gələcək.
Namiq HUN