Sabalenkodan möhtəşəm rekord: WTA-1000 turnirlərində tarix yazdı
Dünya reytinqinin lideri, “Böyük dəbilqə” turnirlərinin dördqat çempionu Arina Sabalenko ABŞ-nin Sinsinnati şəhərində keçirilən WTA-1000 turnirinin üçüncü turunda çinli Van Sinyuya qalib gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə “Opta” statistika xidməti məlumat yayıb.
Belaruslu tennisçi dünya reytinqində 36-cı olan rəqibini 6:1, 6:3 hesabı ilə məğlub edib.
Bu qələbə sayəsində Sabalenko WTA-1000 kateqoriyalı turnirlərdə 45-ci dəfə 1/8 finala yüksəlib və bu göstərici üzrə hazırda çıxış edən tennisçilər arasında rekord müəyyənləşdirib.
Sabalenko bu göstəricidə çexiyalı Karolina Plişkovanı geridə qoyub. Plişkova WTA-1000 turnirlərində 44 dəfə 1/8 finala yüksəlib. Üçüncü pillədə isə ukraynalı Elina Svitolina qərarlaşıb – 43 dəfə.
Sinsinnati turnirinin 1/8 finalında Sabalenko çexiyalı Sara Beyleklə qarşılaşacaq. Beylek dünya reytinqində 35-ci pillədədir.
Namiq HUN
TodayPress TV