“Sabah”ın gənclərini nəhəng rəqiblər gözləyir! Təqvim açıqlandı

“Sabah”ın gənclərini nəhəng rəqiblər gözləyir! Təqvim açıqlandı
01.09.2026 16:35 İdman

“Sabah”ın U-19 komandasının UEFA Gənclər Liqasının Liqa mərhələsində keçirəcəyi oyunların təqvimi açıqlanıb.

TodayPress TV xəbər verir ki, paytaxt təmsilçisi turnirdə İngiltərənin “Mançester Yunayted”, Çexiyanın “Slaviya Praqa”, Almaniyanın “Borussiya Dortmund”, Norveçin “Vikinq”, İspaniyanın “Barselona” və “Vilyarreal” klubları ilə qarşılaşacaq.

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq əsas komandadan fərqli olaraq, Gənclər Liqasının Liqa mərhələsində 6 oyun keçirəcək.

“Sabah”ın oyunları:

10 sentyabr: “Mançester Yunayted” – “Sabah”

13 oktyabr: “Sabah” – “Slaviya Praqa”

20 oktyabr: “Sabah” – “Borussiya Dortmund”

4 noyabr: “Vikinq” – “Sabah”

25 noyabr: “Sabah” – “Barselona”

8 dekabr: “Vilyarreal” – “Sabah”

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər