"Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi

"Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi
16.06.2026 10:30 İdman

"Sabah" klubu futbolçu Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.

TodayPress TV xəbər verir ki, bu barədə Masazır təmsilçisi məlumat yayıb.

25 yaşlı hücumçunun icarəsi ilə bağlı Sloveniyanın "Maribor" klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Qabonlu oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Mbina bu ilin fevralından "Sabah"ın uğurları üçün çalışır. O, komandanın heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər