“Sabah” növbəti matçına çıxacaq
“Sabah” basketbol klubu bu gün FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq.
TodayPress TV xəbər verir ki, komanda Fransada “Elan Şalon”la qarşılaşacaq.
B qrupunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, “Sabah” daha əvvəl Çexiyanın “Nimburk” (65:93) və Almaniyanın “Alba” (76:85) klublarına məğlub olub.
Namiq HUN