“Sabah” Lepiniçanı komandada saxlamaq üçün danışıqlara başlayıb!

“Sabah” Lepiniçanı komandada saxlamaq üçün danışıqlara başlayıb!
28.10.2026 12:45 İdman

“Sabah” klubunun xorvatiyalı yarımmüdafiəçisi İvan Lepiniça ölkəsinin “Hayduk” klubunun maraq dairəsinə düşüb.

TodayPress TV “Sport24.az”a istinadən xəbər verir ki, Split təmsilçisi 27 yaşlı futbolçunun müqavilə şərtlərini və hazırkı vəziyyətini yaxından izləyir.

İvan Lepiniçanın “Sabah”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Azərbaycan çempionu yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.

Qeyd edək ki, Lepiniça 2024-cü ildən “Sabah”ın formasını geyinir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər