Putin Zelenskini Kremlə çağırdı -gəl, sənə heç nə olmayacaq

Putin Zelenskini Kremlə çağırdı -gəl, sənə heç nə olmayacaq
28.10.2026 11:14 Dünya

Putin Zelenskini Moskvaya dəvət edir və onun tam təhlükəsizliyinə zəmanət verir .

TodayPress TV “Anadolu agentliyinə” istinadən xəbər verir ki, Kremlin köməkçisi Yuri Uşakov bildirib ki, bu təklif Putinlə Norveç və Finlandiya liderləri arasında keçirilən danışıqlardan sonra irəli sürülüb. Onun sözlərinə görə, həmin liderlər Putinə Zelenskinin birbaşa danışıqlar aparmaq istədiyini bildiriblər.

Bu dəvət əvvəllər də edilib, lakin Zelenski onu rədd edib. O, öz ölkəsinə hücum edən dövlətin paytaxtına getməyəcəyini deyib.

Əsas danışıqlar istiqaməti isə hələ də ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçirilməsi planlaşdırılan görüşlər kimi görünür.

“Moskvada təhlükəsizliyə zəmanət” rəsmi bəyanatda səslənəndə real seçim kimi görünməsindən daha inandırıcı təsir bağışlayır.

Zəhra Məmmədova

TodayPress TV

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər