İsrail səfirliyinə hücum oldu, təhlükəsizlik əməkdaşı yaralandı
Bıçaqlı şəxs İsrailin Serbiyadakı səfirliyinin yaxınlığında təhlükəsizlik əməkdaşına hücum edib.
TodayPress TV İsrail mediasına istinadən xəbər verir ki, hücumu törədən yetkinlik yaşına çatmayan şəxs zərərsizləşdirilib, onun şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.
Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bildirib ki, hakimiyyət baş verənləri terror aktı kimi qiymətləndirir.
Məlumata görə, hücumu törədən şəxs hadisəsən əvvəl “Allahu Əkbər" deyə qışqırıb. Onun yanında iki bıçaq olub.
Hadisənin digər halları və yaralı mühafizəçinin vəziyyəti barədə məlumat verilmir.